Filippin HHQ-yə məxsus qırıcının qəzaya uğraması nəticəsində iki pilot ölüb

2025/03/1741159850.jpg
Oxunub: 429     11:22     05 Mart 2025    
Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “FA-50” qırıcısı ölkənin cənubundakı Bukidnon əyalətində qəzaya uğrayıb, iki pilot həlak olub.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, təyyarə üsyançılarla mübarizə ilə bağlı döyüş missiyasını yerinə yetirib.

Məlumata görə, onunla əlaqə martın 4-də kəsilib və axtarış-xilasetmə əməliyyatına başlanıb.

Təyyarənin qalıqları və pilotların meyitləri martın 5-də Mindanao adasındakı Kalatunqan dağlıq rayonunda tapılıb.

Hərbi Hava Qüvvələrinin nümayəndəsi Konsuelo Kastillo qəzanın səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Hadisədən sonra Hərbi Hava Qüvvələri komandanlığı Cənubi Koreya istehsalı olan “FA-50” qırıcılarının uçuşlarını müvəqqəti olaraq dayandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   HHQ  


Bizi "telegram"da izləyin