Türkiyənin müdafiə və aviasiya sənayesinin 2025-ci ilin fevral ayı üçün ixracatı 434 milyon dollara yüksəlib

2025/03/2025--1741154432.jpg
Oxunub: 802     11:29     06 Mart 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesinin 2025-ci ilin fevral ayı üçün ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44% artaraq, 300 milyon dollardan 434 milyon dollara yüksəlib.

Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun ixracatı 2025-ci ilin fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44% artımla rekord qırıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün rəsmi “X” hesabında etdiyi paylaşımda ixrac rəqəminin 300 milyon dollardan 434 milyon dollara yüksəldiyini açıqlayıb.

Görgün, həmçinin etdiyi paylaşımda bildirib ki, Türkiyənin müdafiə və aviasiya sektorunda ilin ilk iki ayında ümumi ixracat 29,6% artaraq, 816 milyon dollara çatıb.

Digər tərəfdən qlobal bazarda ticarət həcmini əvvəlki ilə görə artıran Türkiyə müdafiə və aviasiya sektorunda yeni ixrac rekordu qıraraq, qlobal bazarda effektivliyini bir daha sübut edib.

Beləliklə, Türkiyə müdafiə sənayesi əldə etdiyi ixrac uğuru ilə beynəlxalq bazarda mövqelərini artıraraq, dünya miqyasında rəqabət gücünü artıran ölkələr sırasında yerini alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin