Tramp: ABŞ Qrenlandiyanı əldə edəcək

2025/03/1741152315.jpg
Oxunub: 578     08:05     05 Mart 2025    
ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.

"Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Əgər seçsəniz, sizi Amerika Birləşmiş Ştatlarında salamlayırıq" - Tramp Qrenlandiya xalqına səslənib.

"Düşünürəm ki, biz Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyik. Biz sizi qoruyacağıq. Sizi zənginləşdirəcəyik və birlikdə Qrenlandiyanı heç vaxt düşünmədiyiniz zirvələrə aparacağıq”, - Tramp əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Qrenlandiya  


Bizi "telegram"da izləyin