Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

2025/02/78787-1739078669.jpg
Oxunub: 449     00:13     05 Mart 2025    
ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində bildirib.

“Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırki Amerika administrasiyasının siyasəti olacaq”, - o deyib.

Qeyd edək ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   Nüvə  


Bizi "telegram"da izləyin