Pakistanda terrorçu-kamikadze özünü partladıb, 9 nəfər ölüb

2025/02/1738904521.jpg
Oxunub: 537     22:06     04 Mart 2025    
Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 9 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə yerli polisə istinadən Reuters agentliyi məlumat yayıb.

Hadisə Bannu dairəsində baş verib. Hücumun hədəfi təhlükəsizlik strukturları olub. Polis mənbələri daha 18 nəfərin yaralandığını bildirib.

Əyalət rəhbərliyi terror aktını pisləyib və hadisə yerindəki polis əməkdaşlarının hesabatını gözlədiklərini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin