Vens: "Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə münaqişəni davam etdirə bilər"

2025/01/1738301262.jpg
Oxunub: 610     19:53     04 Mart 2025    
Artıq nə ABŞ, nə Avropa, nə də Kiyev hakimiyyəti Ukraynadakı münaqişədə Rusiya Federasiyasına qarşı hərbi əməliyyatları davam etdirə bilər.

Ordu.az "FOX"a istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens jurnalistlərlə söhbətində deyib.

"Biz elə bir vəziyyətdəyik ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə biləcəklər. Ona görə də hər kəsin danışıqlar masasına oturması vacibdir. Prezident Donald Tramp ukraynalıların danışıqlar masasına qayıdıb sövdələşməni müzakirə etməyə başlamalı olduğuna dair aydın siqnal göndərməyə çalışır”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Avropa   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin