Müxalifət Serbiya parlamentində insident törədib, üç deputat yaralanıb - YENİLƏNİB

2025/03/67c6e-1741087805.jpg
Oxunub: 680     17:44     04 Mart 2025    
Serbiya parlamentində baş verən qarşıdurmada üç deputat yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Serbiyanın Radio və Televiziyası parlamentin spikeri Ana Brnabiçin bəyanatına istinadən məlumat yayıb.

A.Brnabiç qeyd edib ki, iclas zalında baş verən iğtişaşlar zamanı üç nəfər yaralanıb. Onlar Yasmina Karanats, həmçinin Yasmina Obradoviç və Sonya İliçdir.

Məluamat görə, yaralılardan birinin vəziyyəti ağırdır.

***

Serbiya parlamentində deputatlar arasında qarşıdurma baş verib.

Ordu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Serbiya müxalifətinin deputatları hökumətin siyasətinə etiraz olaraq parlamentə tüstü bombaları atıblar.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Qarşıdurma  


Bizi "telegram"da izləyin