Rusiya tənzimləmə məsələsində Azərbaycanı örnək götürür? Ermənistan hələ də düşünür?

2025/03/1741086361.jpg
Oxunub: 682     17:23     04 Mart 2025    
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun son açıqlaması analitik dairələrdə kifayət qədər diqqət çəkmədi, hətta nəzərə alınmadı. O, ABŞ prezidentinin münaqişəni hazırkı təmas xəttində dayandırmaq təklifinə cavab olaraq dedi ki, Rusiya Konstitusiyaya malikdir və atəşkəsə yalnız o halda razılaşa bilər ki, Ukrayna “bütün Rusiya ərazilərindən qoşunlarını çıxarsın və ya işğal olunmuş ərazilərin azad olunması üçün cədvəl imzalasın”.

Artıq beş ildir ki, Ermənistanın institusional və parlamentdənkənar müxalifəti, eləcə də onlara yaxın politoloqlar və media dairələri israrla bildirirlər ki, 2020-ci il oktyabrın 19-da müharibəni daha əlverişli şərtlərlə dayandırmaq imkanı var idi, lakin Nikol Paşinyan bunu qəbul etmədi və müharibəni davam etdirməyə qərar verdi.

Erməni siyasətçilər, ekspertlər və mətbuat, əlbəttə ki, bu məlumatı “barmaqlarından uydurmayıblar.” Bu barədə Rusiya Prezidenti Vladimir Putin danışmış və hətta təəccübünü ifadə etmişdi ki, Paşinyan üçün bu təklifin “niyə qəbuledilməz olduğunu” başa düşməyib.

44 günlük müharibədə atəşkəsin ilk cəhdi oktyabrın 8-də Rusiyanın təşəbbüsü ilə Moskvada Sergey Lavrov, Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov arasında keçirilən görüşdə edildi. Bunun nəticəsində “humanitar atəşkəs” razılaşması əldə olundu, lakin bu, bir neçə saat belə davam etmədi və Gəncə bombalandı.

Oktyabrın 10-da “RİA-Novosti” Azərbaycanın prezidenti İlham Əliyevlə müsahibə təşkil edərək humanitar deyil, ümumi atəşkəsin mümkünlüyünü müzakirə etdi. Prezident İlham Əliyev cavabında bildirdi ki, Ermənistanın baş nazirinin imzası ilə təsdiqlənmiş işğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılmasına dair cədvəl əldə edildikdən sonra dərhal atəşi dayandırmağa hazırdır.

Rusiyanın Ukrayna ilə atəşkəs müqaviləsi üçün irəli sürdüyü şərt demək olar ki, İlham Əliyevin müharibəni dayandırmaqla bağlı bəyanatı ilə üst-üstə düşür. Ümumiyyətlə, bənzər vəziyyət iki halda baş verir: qarşıya qoyulan məqsədə çatdıqda və ya məğlub olub müqaviməti dayandırmağa məcbur olduqda. Rusiya hazırda Ukrayna cəbhəsində uğurlar əldə edir və atəşkəsə ehtiyacı yoxdur.

2020-ci ilin oktyabr ayının ortalarında Azərbaycan cəbhədə böyük uğurlar qazanmışdı, Şuşa istiqamətində həlledici hərbi əməliyyatlara başlamışdı və təbii ki, artıq İlham Əliyevin “RİA-Novosti” ilə müsahibədə ifadə etdiyindən daha çoxunu tələb edəcəkdi. Eyni şəkildə, Rusiyanın xarici işlər naziri Ukraynaya “sülh” şərtlərini qəbul etməyi təklif edir, çünki sonra gec ola bilər”.

Belə çıxır ki, Rusiya Kursk və ya ümumə tənzimlənmə məsələsində Azərbaycanı təqlid edir və ya onun müsahibəsini “RİA-Novosti” “redaktə edib.” Habelə onu da qeyd edək ki, Kiyevlə atəşkəs əldə olunsa belə, müharibə yalnız Ukrayna ilə bitməyəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin