ABŞ HHQ OA-1K yüngül hücum təyyarəsini “Skyraider II” adlandırıb

2025/03/1741078305.jpg
Oxunub: 520     14:10     05 Mart 2025    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) və Xüsusi Əməliyyatlar Komandanlığı (SOCOM) OA-1K yüngül hücum təyyarəsini “Skyraider II” adlandırıb.

Ordu.az xəbər verir ki, bu ad ABŞ HHQ-nin keçmişdəki Quyruğunda Təkər Olan Təyyarə (Tail-Dragger) mirasının davamıdır.

ABŞ HHQ-nin Xüsusi Əməliyyatlar Komandanlığı (AFSOC) bu açıqlamanı Floridada keçirilən Xüsusi Hava Müharibəsi Simpoziumu zamanı “L3Harris” və “Air Tractor”dan ilk təyyarəni qəbul etməyə hazırlaşarkən verib.

SOCOM-un Silahlı Müşahidə proqramının bir hissəsi olan “Skyraider II” çətin ərazilərdə xüsusi əməliyyat qüvvələrinə hava dəstəyini təmin etmək tapşırığı alacaq.

AFSOC ümumilikdə 62 ədəd OA-1K istehsal etməyi planlaşdırır. Bu say əvvəllər planlaşdırılan 75 təyyarədən ibarət parkdan az olacaq.

Hökumət Hesabatlılığı İdarəsi (GAO) kimi bəzi təşkilatlar bu parkın zəruriliyini şübhə altına alır. SOCOM parkın istifadəsini qiymətləndirmək üçün “Rand Corporation” beyin mərkəzinə tapşırıq verib və tezliklə hesabatın yayımlanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   OA-1K  


Bizi "telegram"da izləyin