Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib

2025/03/0915c-1741066428.jpg
Oxunub: 493     08:47     04 Mart 2025    
Prezident Volodimir Zelenski Valeri Zalujnını Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edib.

Ordu.az xəbər verir ki, bununla bağlı fərman Ukrayna Prezidentinin saytında yerləşdirilib.

Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə yaradılıb və dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyır.

Xatırladaq ki, Zalujnı 2021-2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı postunu tutub. O, ötən ilin martında Böyük Britaniyaya səfir təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Prezident   Zalujnı  


Bizi "telegram"da izləyin