KİV: Fransa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib

2025/03/shutt-1741066071.jpg
Oxunub: 408     06:35     04 Mart 2025    
Fransa avropalı tərəfdaşlarına Rusiyanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paris Rusiyanın aktivlərinin müsadirə olunmasından Ukraynanın təhlükəsizliyinin təminatı kimi istifadə etmək istəyir.

Qəzet onu da əlavə edib ki, təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bu barədə razılığa gəlməyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Avropa   Rusiya  


Bizi "telegram"da izləyin