Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Melani Coli məlumat verib.
"Tramp tariflər tətbiq etsə, biz 155 milyard Kanada dolları məbləğində rüsumlarla cavab verməyə hazır olacağıq", - nazir deyib.
Coli Kanadanın ABŞ prezidentinin vəd etdiyi rüsumlara hazır olduğunu bildirib.
Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan gələn bütün idxal mallarına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
Ordu.az