ABŞ bu gündən Kanada və Meksika mallarına rüsumlar tətbiq edəcək

2025/03/w980--1741065062.jpg
Oxunub: 391     00:53     04 Mart 2025    
ABŞ administrasiyası martın 4-dən Kanada və Meksikadan idxal olunan məhsullara 25 %-lik gömrük rüsumları tətbiq edəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Çox vacibdir ki, sabah Kanadaya 25 %, Meksikaya isə 25 % tariflər tətbiq olunacaq və bu, hələ başlanğıcdır. Ona görə də onlar tarifləri ödəməli olacaqlar. Açığı, onların yeganə variantı ABŞ-də öz avtomobil zavodlarını və digər obyektlərini tikməkdir, bu halda onların tarifləri olmayacaq", - dövlət başçısı bununla bağlı yayılan xəbərləri təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kanada   Meksika  


Bizi "telegram"da izləyin