Ordu.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik görüşün xüsusilə məhsuldar olmadığı qənaətindədir.
BMT sözçüsü, beynəlxalq təşkilatın Ukraynada post-müharibə dövründə niyə daha aktiv rol oynamaması ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, BMT-nin bölgəyə sülhməramlı qüvvə göndərməsi yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə mümkün ola bilər:
“Bu, vacib və qaçılmaz prosedurdur. Hazırkı mərhələdən irəli getmək istəmirəm. Deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatı sülh prosesinə dəstək olmaq üçün əlindən gələni etməyə davam edəcək. Baş katibin mövqeyi aydındır: münaqişəyə ədalətli və dayanıqlı son qoyulmalıdır və biz bunu dəfələrlə vurğulamışıq”.
Qeyd edək ki, Tramp və Zelenski arasındakı görüş ABŞ-nin Ukraynanın nadir mineral yataqlarına çıxış əldə etməsi ilə bağlı mümkün razılaşmanı müzakirə etmək məqsədilə baş tutub. Lakin müzakirələr görüşün 40-cı dəqiqəsində gərgin xarakter alıb.
Ordu.az