Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib

2025/03/1741024078.jpg
Oxunub: 452     21:31     03 Mart 2025    
ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu barədə Ordu.az xarici KİV-ə istinadən xəbər verir.

Təbrikdə deyilir: “Sizi mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dini azadlıqlar Amerika həyat tərzinin ayrılmaz hissəsidir. Biz dinc gələcək qurmaq və hər bir insanın ləyaqətini qorumaq öhdəliyimizi vurğulayırıq”.

"Allah bu gözəl günlərdə sizə və ailələrinizə xeyir-dua versin", - Tramp fikrini yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ramazan  


Bizi "telegram"da izləyin