Türkiyə HHQ-yə məxsus F-16 döyüş təyyarələri “Cobra Warrior 25” təlimində iştirak edir

2025/03/1740992682.jpg
Oxunub: 591     16:51     04 Mart 2025    
Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16 döyüş təyyarələri Böyük Britaniya Kral HHQ-nin ev sahibliyi ilə “Waddington” aviabazasında başlayan “Cobra Warrior 25” təlimində iştirak edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

F-16-lar KC135R tanker təyyarələri ilə yanacaq doldurularaq, Böyük Britaniyaya göndərilib, heyət isə A400M nəqliyyat təyyarəsi ilə aparılıb.

Tədbirdə Britaniyadan başqa Türkiyə, Fransa, ABŞ, Səudiyyə Ərəbistanı HHQ-ləri və NATO-nun Erkən Xəbərdarlıq və Nəzarət Təyyarəsi E-3 də iştirak edir.

Təlimdə Britaniya və ABŞ-dən F-35 təyyarələri də iştirak edir.

Türkiyə HHQ-ni təmsil edən 54 personal 10-cu Əsas Reaktiv Baza Komandanlığından Britaniyaya gedib. Təlimdə personal İncirlik-Adanada yerləşən 152-ci Park Komandanlığına məxsus 3 ədəd F-16 təyyarəsi ilə birlikdə iştirak edir.

Fevralın 24-də başlayan təlim 2025-ci il martın 14-dək davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   F-16   Cobra-Warrior-25  


Bizi "telegram"da izləyin