Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Londonda keçirilən xüsusi sammitdən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer müttəfiqlərin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.
Starmer Britaniya, Fransa və digər ölkələrin Ukrayna ilə “münaqişəyə son qoymaq planı” üzərində işləmək barədə razılığa gəldiyini açıqlayıb.
Bu atəşkəs planının daha sonra birgə strategiya hazırlamaq üçün ABŞ-də Tramp administrasiyası ilə müzakirə edilməsi planlaşdırılır. Starmer ABŞ-nin dəstəyini almağın vacib olduğunu deyib.
Starmer, həmçinin bəyan edib ki, Britaniya və digər müttəfiqlər Rusiya ilə atəşkəsdən sonra Ukraynanı dəstəkləmək üçün “istəklilər koalisiyası” yaradacaqlar.
Britaniyanın hərbi töhfə verəcəyini bildirən Starmer döyüş təyyarəsi dəstəyinin veriləcəyini və sammitdə bir sıra ölkələrin bu koalisiyaya qatılacağını öhdəsinə götürdüyünü bildirib. O, koalisiyanın Kanada kimi qeyri-Avropa ölkələri tərəfindən də gücləndirilə biləcəyini bildirib.
Britaniyanın Baş naziri bəyan edib ki, Ukraynaya 5000-dən çox hava hücumundan müdafiə raketi almaq üçün Britaniya ixrac kreditlərindən təxminən 2 milyard avro istifadə etməyə icazə veriləcək.
Starmer sammiti “Avropa təhlükəsizliyi üçün unikal məqam” kimi qiymətləndirib və qeyd edib ki, sammitdə Avropanın ondan çox ölkəsinin dövlət və hökumət başçıları iştirak edib.
Sevinc Əliyeva
Ordu.az