Ordu.az xəbər verir ki, builki sərgi dünyanın hər yerindən sənaye mütəxəssislərini, istehsalçıları və pərakəndə satıcıları bir araya gətirərək, yeni əməkdaşlıqlara yol açıb.
İştirakçılar ən yeni ov və atıcılıq avadanlıqlarından tutmuş, açıq hava geyimləri və aksesuarlarına qədər geniş çeşiddə məhsullar təqdim etməklə, beynəlxalq bazarda mövqelərini möhkəmləndirmək imkanı əldə ediblər.
Sərgidə 102-si Türkiyədən olmaqla, 300-dən çox şirkət iştirak edib.
Başda Türkiyədən olmaqla, iştirakçı şirkətlər innovativ məhsulları və keyfiyyətli istehsal yanaşması ilə diqqət çəkib.
Türkiyə şirkətlərinin təklif etdiyi texniki tekstil, optik sistemlər və təhlükəsizlik həlləri tapança, tüfəng və digər silah qruplarında ziyarətçilərin böyük marağına səbəb olub.
Sərgidə, həmçinin bazar tendensiyaları, yeni texnologiyalar və sektorlar üzrə inkişaflar haqqında panellər və təqdimatlar nümayiş etdirilib. Bu tədbirlər sayəsində iştirakçılar sektorda ən aktual məlumatları əldə etmək və qlobal əməkdaşlıqları artırmaq imkanı əldə ediblər.
“IWA OutdoorClassics 2025” beynəlxalq iştirakın artırılması və sektorda yeniliklərin nümayiş etdirilməsi baxımından uğurlu bir tədbir olaraq başa çatıb, şirkətlər 2026-cı ildə keçiriləcək tədbir üçün artıq hazırlıqlara başlayıblar.
Sevinc Əliyeva
Ordu.az