Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb

2025/03/1740987860.jpg
Oxunub: 413     11:38     03 Mart 2025    
Macarıstan cümə günü Avropa İttifaqı (Aİ) səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım ilə bağlı sənəd layihəsini bloklayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Budapeşt Ukrayna ilə bağlı sənəd layihəsini rədd edib. Sənəd ittifaqın Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım ilə bağlı olub.

Macarıstanın xarici işlər naziri Peter Siyarto fevralın 24-də bəyan edib ki, Macarıstan Aİ-nin Ukraynaya əlavə on milyardlarla avro hərbi yardım ayırmasına razı olmayacaq. O, həmçinin bildirib ki, ölkə Rusiyanın fiziki şəxslərinə və şirkətlərinə qarşı fərdi sanksiyaların uzadılması məsələsinin tələsik həllinə qarşı çıxacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna   Hərbi-yardım  


Bizi "telegram"da izləyin