ABŞ HHQ “Harpoon” raketini F-16 döyüş təyyarələrinə inteqrasiya edib

2025/03/1740985614.jpg
Oxunub: 488     16:27     04 Mart 2025    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Nevadadakı “Nellis” aviabazasında sınaq zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin “Harpoon” raket sistemini “F-16 Fighting Falcon”a uğurla inteqrasiya edib.

Ordu.az xəbər verir ki, sınaq qrupu hər iki platformada dəyişiklik etmədən “Harpoon” və F-16 arasında əlaqə yaratmaq üçün şlüz sistemindən istifadə edib.

Şlüz sistemi “tərcüməçi” kimi çıxış edərək, döyüş təyyarəsinə raketi tanımağa və əmrləri ötürməyə imkan verib.

ABŞ HHQ-nin 53-cü Sınaq və Qiymətləndirmə Qrupu inteqrasiya prosesini asanlaşdırmaq və təyyarələri yeni silah imkanları ilə təchiz etmək üçün tələb olunan vaxtı azaltmaq məqsədilə bu yanaşmadan istifadə edib.

Qeyd edək ki, “Harpoon” “Boeing” tərəfindən hazırlanmış və həm havadan, həm də gəmidən buraxılışlar üçün nəzərdə tutulmuş bütün hava şəraitinə uyğun, uzun mənzilli gəmi əleyhinə raketdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Harpoon  


Bizi "telegram"da izləyin