Fransanın Baş naziri Birləşmiş Ştatlardan müstəqil Avropa müdafiə alyansı yaratmağa çağırıb

2025/03/1740985568.jpg
Oxunub: 425     22:41     03 Mart 2025    
Fransanın Baş naziri Fransua Bayru Avropanın ABŞ-nin təhlükəsizliyindən asılılığının yenidən qiymətləndirilməsinin zəruriliyinə işarə edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O, Birləşmiş Ştatlardan müstəqil Avropa müdafiə alyansı yaratmağa çağırıb.

Bayru, həmçinin müdafiə xərclərinin Avropa büdcə kəsiri qaydalarından azad edilməsi lazım olduğunu vurğulayıb.

Baş nazir Fransanın 2025-ci il hərbi büdcəsinin üç milyard avrodan çox artıma şahidlik edəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin