Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” Analitik Mərkəzinin İdarə Heyətinin sədri Karen Bekaryan deyib.
Onun sözlərinə görə, səhərdən axşama kimi hay-küy salırlar ki, 10 noyabr bəyanatı üzrə öhdəliyini yerinə yetirməyən tərəflər var.
“İndi sual yaranır ki, əgər əməl etmirlərsə, o zaman niyə imzanızı həmin bəyanatdan geri çəkmirsiniz? Sonra KTMT ilə bağlı hay-küy salırlar, sual yaranır ki, niyə KTMT-ni tərk etmirsiniz? Heç bir addım atmırlar, çünki bu gün mövcud olan hər şey situasiya xarakterlidir, yalnız onların mövqelərini qorumağa xidmət edir”, - deyə Bekaryan qeyd edib.
Bekaryan bildirib ki, hər addımın arxasında nadanlıq, yoxsa bir plan olub-olmadığını anlamaq üçün çox ciddi hüquqi proseslər olacaq.
Alpər Mövludoğlu
Ordu.az