London sammitinin iştirakçıları Ukraynaya dəstəyin artırılmasının zəruri olduğunu düşünürlər

2025/03/bb244-1740979068.jpg
Oxunub: 16833     02:52     03 Mart 2025    
Londonda başa çatmış bir sıra Avropa ölkələrinin liderlərinin sammitinin iştirakçıları Ukraynaya dəstəyin artırılmasının zəruriliyi barədə razılığa gəliblər.

Ordu.az-ın CTK agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

"Görüşdən sonra Ukraynaya dəstəyin artırılması zərurəti ilə bağlı razılıq əldə olunub", – Baş nazir qeyd edib. O, Avropa ölkələrinin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının tərəfdarı olduğunu bildirib.

Fiala Avropada təhlükəsizlik məsələlərində Fransa ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsini alqışlayıb. Onun sözlərinə görə, onlar lider rolunu öz üzərinə götürüblər.

"Bunlar BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrdir. Bunlar nüvə gücləridir. Onların birgə və bizim dəstəyimizlə işləməsi vacibdir", – Fiala vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Sammit   Ukrayna  


Bizi "telegram"da izləyin