KİV: Suriyada məsciddə açılmış atəş nəticəsində 6 nəfər ölüb

2025/03/59b93-1740978622.jpg
Oxunub: 424     00:03     03 Mart 2025    
Suriyanın Hama vilayətində yerləşən məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum nəticəsində azı altı nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Bu barədə Ordu.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Hayalin qəsəbəsində baş verib. Yerli məscidin yanından motosikletlə keçən bir yaraqlı atəş açıb.

Polis cinayətkarın axtarışı üçün tədbirlər görüb, yaralılara tibbi yardım göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Atəş   Məscid  


Bizi "telegram"da izləyin