London Kiyevə hərbi satınalmalar üçün əlavə 2 milyard dollar ayıracaq

2023/05/1685509613.jpg
Oxunub: 553     23:11     02 Mart 2025    
Böyük Britaniya Ukrayna ilə Kiyevin hərbi satınalmalar, o cümlədən HHM raketləri üçüb 2 milyard dollar alacağı yeni iqtisadi saziş imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Londonda Ukrayna üzrə Avropa liderlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib.

“Bu gün Ukraynaya Belfastda istehsal olunacaq 5 mindən çox hava hücumundan müdafiə raketi almaq üçün 1,6 milyard funt sterlinq (2 milyard dollar – red.) istifadə etməyə imkan verən yeni iqtisadi razılaşmanı elan edirəm”, – o qeyd edib.

Starmerin sözlərinə görə, bu saziş həmçinin Böyük Britaniyanın müdafiə sektorunda iş yerlərinin yaradılmasına da yol açacaq.

“Bu, kritik infrastrukturun qorunması və Ukraynanın möhkəmləndirilməsi üçün həyati önəm daşıyacaq”, – o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin