"ABŞ Ukraynanın təhlükəsizliyini Aİ-nin təmin edəcəyini gözləyir" - Bessent

2025/03/44-1740943605.jpg
Oxunub: 512     22:32     02 Mart 2025    
Vaşinqton administrasiyasının planı ondan ibarətdir ki, Ukraynanın təhlükəsizliyinə Şimali Atlantika Alyansı deyil, Avropa İttifaqı zəmanət verməlidir.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent CBS telekanalına müsahibəsində söyləyib.

“Fikrimcə, plan Aİ-nin bu təhlükəsizliyi təmin etməsindən ibarətdir. NATO deyil, Aİ”, – o deyib.

Xatırladaq ki, daha əvvəl müttəfiqlərin Avropadakı keçmiş baş komandanı admiral Ceyms Stavridis CNN telekanalının efirində, Vaşinqtonun Kiyevə yardımı dayandıracağı təqdirdə, Aİ və Böyük Britaniyanın Ukraynaya öz hərbi imkanlarını qorumaq üçün lazımi səviyyədə dəstək verə biləcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin