Lavrov Ukraynanın “Türk axını” qaz kəmərinə hücum cəhdini Hakan Fidanla müzakirə edib - YENİLƏNİB

2025/03/67c30-1740838053.jpg
Oxunub: 583     18:06     01 Mart 2025    
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Ordu.az Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Lavrov fevralın 27-dən 28-nə keçən gecə Ukraynanın üç pilotsuz uçuş aparatı ilə “Türk axını” qaz kəmərində yerləşən “Russkaya” kompressor stansiyasına hücum etməyə cəhd etdiyini bildirib.

Rusiya XİN başçısı ciddi şəkildə türkiyəli həmkarından Ukraynanın mülki infrastruktur obyektlərinə qarşı törədilmiş terror aktlarına oxşar cəhdlərinin qarşısını almaqdan ötrü Kiyevlə əməkdaşlıqda Ankaranın mövcud imkanlarından istifadə etməyi xahiş edib.

H.Fidan Lavrova lazımi tədbirlərin görüləcəyini deyib.

***

Türkiyə xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı baş tutub.

Ordu.az-ın məlumatına görə, bu barədə “Haber Global”a Türkiyə XİN-də mənbələrdən bildirilib.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkənin XİN rəhbərləri Ukrayna müharibəsində son vəziyyəti müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Lavrov  


Bizi "telegram"da izləyin