“Bayraktar Kızılelma”nın uçuş sınaqları uğurla davam edir

2025/03/1740819975.jpg
Oxunub: 626     15:38     01 Mart 2025    
Milli, yerli olaraq “Baykar” tərəfindən inkişaf etdirilən və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi kimi xidmət edəcək “Bayraktar Kızılelma”nın inkişaf etdirmə prosesi planlaşdırılan sınaq cədvəlinə uyğun olaraq davam edir.

Ordu.az xəbər verir ki, tamamilə “Baykar”ın öz resursları ilə inkişaf etdirilən “Bayraktar Kızılelma” Aerodinamik Sistem Tanıma Sınağından uğurla keçib.

Tekirdağ vilayətinin Çorlu rayonundakı “Akıncı” Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxan “Bayraktar Kızılelma”nın istehsal prototipi PT3 orta hündürlükdə 53 dəqiqə uçuş həyata keçirib.

Bu uçuş çərçivəsində lazımi aerodinamik sistem tanıma sınaqları da uğurla tamamlanıb.

Struktur təkmilləşdirmələrə əlavə olaraq, avionika arxitekturasında təkmilləşdirmələr edilib. Uçuş inteqrasiyası uğurla başa çatan “afterburner”li (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir) mühərrik alternativi ilə həyata keçirilib.

Güclü yeni mühərriki ilə səs sürətinə yaxınlaşacaq “Bayraktar Kızılelma” aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlə çox daha yaxşı manevr edə biləcək. Sahib olduğu AESA radarı ilə əldə etdiyi yüksək situsiya məlumatlılığı sayəsində ən çətin tapşırıqları yerinə yetirə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Kızılelma   Türkiyə  


Bizi "telegram"da izləyin