Ordu.az xəbər verir ki, bunu erməni politoloq, publisist Vaçe Brutyan deyib.
Onun sözlərinə görə, söhbət hərbi cinayətlərdə ittiham edilən erməniəsilli şəxslərlə bağlı nə baş verəcəyi ilə qətiyyən maraqlanmayan bu hakimiyyətdən deyil, normal hakimiyyətdən gedir.
Brutyan vurğulayıb ki, Ermənistan administrasiyası nəinki addım atmır, hətta başqalarının gördüyü işlərə mane olur.
“Bu rejim nə vaxt həqiqəti deyib? Onlar hətta beynəlxalq ictimaiyyəti də daim yalanlarla qidalandırırlar. Sadəcə olaraq, məsuliyyətdən yayınmaq üçün “çox diqqətliyik” deyirlər. Bu uşaq oyunu çox köhnəlib”, - deyə Brutyan bildirib.
Erməni politoloq əlavə edib ki, müxalifət təzyiqləri artırmalıdır, Zəngəzur üçün problem var.
Alpər Mövludoğlu
Ordu.az