Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
Yeni silahlanma planının maliyyələşdirilməsi siyasi və büdcə üstünlüklərindən asılı olacaq.
Fransanın müdafiə naziri Sebastyan Lekornü və Fransanın iqtisadiyyat naziri Erik Lombardın sədrliyi ilə martın 20-də müharibənin maliyyələşdirilməsinə dair görüş planlaşdırılır.
Fransanın müdafiə naziri Avropanı yenidən silahlanmanı sürətləndirməyə çağırıb. Fransa 30-a qədər “Rafale” döyüş təyyarəsi, 3 freqat, daha çox pilotsuz uçuş aparatı və radioelektron mübarizə platformaları əldə etməyi planlaşdırmaqla, bu istiqamətdə işləri sürətləndirir.
Sevinc Əliyeva
Ordu.az