Fransa Almaniyada nüvə silahı yerləşdirə bilər

2025/02/1740548542.jpg
Oxunub: 553     14:01     27 Fevral 2025    
Fransa Avropanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazırdır.

Ordu.az xəbər verir ki, u barədə “The Telegraph” məlumat yayıb.

ABŞ öz qüvvələrini qitədən çıxarmaqla hədələdiyi üçün nüvə silahı daşıyan döyüş təyyarələri Almaniyaya yerləşdirilə bilər.

Almaniyanın yeni kansleri Fridrix Merz Donald Trampın ABŞ-sindən Avropaya “müstəqillik” tələbi ilə Böyük Britaniya və Fransanı nüvə müdafiəsini genişləndirməyə çağırıb.

Adı qeyd olunmayan fransız rəsmi “The Telegraph”a bildirib ki, döyüş təyyarələrinin yerləşdirilməsi Vladimir Putinə mesaj göndərəcək. Rəsmi qeyd edib ki, Berlindəki diplomatlar Britaniyanın Baş naziri Kir Starmerə də eyni addımı atması üçün təzyiq göstərəcəklər.

“Fransaya məxsus bir neçə nüvə döyüş təyyarəsini Almaniyaya göndərmək çətin olmayacaq və güclü mesaj verəcək”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Almaniya   Nüvə  


Bizi "telegram"da izləyin