“1 Mart” işi üzrə Ermənistan MTX-nin keçmiş direktoruna və 4 əməkdaşına cinayət təqibi başlanıb

2026/06/1780673537.jpg
Oxunub: 167     19:28     05 İyun 2026    
Ermənistanda prokuror “1 Mart” hadisələri ilə bağlı cinayət işi çərçivəsində keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Hakopyan və daha 4 nəfər barəsində ictimai cinayət təqibi başladıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 2004-cü il noyabrın 8-dən 2016-cı il fevralın 11-dək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışmış Qorik Hakopyan vəzifə saxtakarlığı törətməkdə və tabeliyində olan əməkdaşlar tərəfindən bu əməlin təşkilində ittiham olunur.

İstintaqın versiyasına görə, 2008-ci il martın 1-də İrəvandakı “Azadlıq” meydanında polis əməkdaşlarının zorakılıq hərəkətlərinə bəraət qazandırmaq və polis tərəfindən fiziki qüvvə ilə xüsusi vasitələrin tətbiqinə əsas yaratmaq məqsədilə saxta sənəd hazırlanıb.

Bildirilir ki, sənəd 2008-ci il fevralın 28-i tarixi ilə rəsmiləşdirilərək o vaxtkı polis rəisinə göndərilib. Həmin sənəddə Levon Ter-Petrosyan tərəfdarlarının vəziyyəti sabitlikdən çıxarmağa çalışdığı, etirazçılara odlu silah, partlayıcı maddələr və digər vasitələrin paylanacağı barədə məlumatlar əks olunub.

Prokurorluq həmçinin həmin dövrdə MTX-nin Konstitusiya quruluşunun qorunması və terrorizmlə mübarizə baş idarəsinin rəis müavini vəzifəsində çalışmış şəxsə, eləcə də daha üç əməkdaşa qarşı da ittiham irəli sürüldüyünü açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   1-Mart  


Bizi "telegram"da izləyin