ABŞ Avropanın Ukraynanın təhlükəsizlik təminatında aparıcı rol oynamasını istəyir

2025/02/1739678250.jpg
Oxunub: 478     05:52     16 Fevral 2025    
ABŞ Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə liderlik etməsini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü “Reuters“ agentliyinə bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton açıq şəkildə bildirib ki, o, avropalı tərəfdaşlarının güclü təhlükəsizlik çərçivəsinin yaradılmasında aparıcı rol oynamasını gözləyir və onların təkliflərini gözləyir.

Böyük Britaniyanın “Financial Times” qəzetinin də yazdığı kimi, Vaşinqton Avropa paytaxtlarından Kiyevə hansı təhlükəsizlik zəmanətlərini verməyə hazır olduqları və Ukraynaya nə qədər sülhməramlı və texnika göndərə biləcəkləri barədə təkliflər təqdim etmələrini xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin