G7 xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixlərində Kanadada keçiriləcək

2025/02/1739641157.jpg
Oxunub: 911     21:28     15 Fevral 2025    
Yeddilik Qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixləri arasında Kanadada keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Yeddilik Qrupunun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.

“Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”, - sənəddə deyilir.

Qeyd edək ki, 2025-ci ildə G7-yə Kanada sədrlik edir. Şarlevua şəhəri 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Kanada  


Bizi "telegram"da izləyin