Kelloq Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün gözlənilən vaxt çərçivəsini adlandırıb

2024/12/1734150638.jpg
Oxunub: 553     19:33     15 Fevral 2025    
Ukraynada müharibə bir ildən tez müddətə başa çatmalıdır.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Eyni zamanda o vurğulayıb ki, müharibənin başa çatması ilə yanaşı, Ukraynanın suverenliyi də təmin olunmalıdır: "Bütün tərəfləri cəlb etmək üçün 180 gün vaxt ayırıram".

O, danışıqlardakı rolunu da açıqlayıb və qeyd edib ki, özü Ukrayna və Avropa istiqamətlərinə, xüsusi nümayəndə Stiv Vitkoff isə Rusiya istiqamətinə cavabdehdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kelloq   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin