Ordu.az xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında danışıb.
"Biz Ukrayna ilə Avropa İttifaqının gələcək üzvü kimi danışıqlarda, yenidənqurmada, təhlükəsizlik zəmanətlərinin verilməsində çiyin-çiyinə dayanmağa davam edəcəyik",- A.Koşta vurğulayıb.
Aİ Şurasının Prezidenti müdafiə məsələsini təşkilatın gündəliyinin əsas mövzusu kimi saxlayacaqlarını, bunun öhdəlikləri olduğunu da diqqətə çatdırıb.
Ordu.az