Kansler: "Almaniya Ukrayna ətrafındakı vəziyyətdə məcburi sülhlə razılaşmayacaq"

2024/09/1726892319.jpg
Oxunub: 389     13:56     15 Fevral 2025    
Kansler Olaf Şolts bildirib ki, Almaniya hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətdə məcburi sülhə razı olmayacaq.

Ordu.az xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Məcburi sülh (Ukraynada) heç vaxt bizim dəstəyimizi qazanmayacaq", - kansler bildirib.

O qeyd edib ki, ölkəsi Avropa və ABŞ təhlükəsizliyinin bölünməsinə gətirib çıxaran həlli qəbul etmir.

Kansler bir daha əmin edib ki, Almaniya münaqişə başa çatdıqdan sonra da Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək: "Maliyyə, maddi və logistik baxımdan bu böyük çağırış olacaq. Bunun üçün Avropaya ABŞ-nin köməyi lazım olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin