Türkiyə MN: Yanvarın 1-dən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı ümumilikdə 377 nəfər olub

2025/02/1739603722.jpg
Oxunub: 400     11:35     15 Fevral 2025    
Türkiyədə Milli Müdafiə Nazirliyinin fəaliyyətləri başda olmaqla, gündəlikdəki məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri və sözçüsü kontr-admiral Zeki Aktürkün keçirdiyi görüşdə aşağıdakı məlumatlar paylaşılıb:

Son bir həftədə İraq və Suriyanın şimalında keçirilən antiterror əməliyyatlarında 56 terrorçu zərərsizləşdirilib.

“Pençe-Kilit” əməliyyatı bölgəsində təsbit edilən mağarada terrorçulara məxsus çoxlu sayda silah, sursat və xilasetmə vasitələri ələ keçirilib.

Sərhədləri qanunsuz keçməyə cəhd edən 4-ü terror təşkilatının üzvü olmaqla, 140 nəfər yaxalanıb, 1799 nəfərin sərhədi keçməsinin qarşısı alınıb.

Beləliklə, yanvarın 1-dən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 134-ü İraqda, 243-ü isə Suriyanın şimalında olmaqla, ümumilikdə 377 nəfər olub.

Sərhədləri qanunsuz keçməyə cəhd edənlərin sayı 614, yaxalananların sayı isə 8181 nəfər olub.

Türkiyə Silahlı Qüvvələri ölkənin, millətin yaşaması və təhlükəsizliyi üçün terrorla mübarizəni davam etdirəcək, sərhəd təhlükəsizliyi üçün təsirli tədbirlər görəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   Terror  


Bizi "telegram"da izləyin