Ordu.az xəbər verir ki, Fransanın ən qədim və köklü silah istehsalçılarından biri olan, 1820-ci ildə əsası qoyulan “Verney-Carron” iflas edib.
Uzun illərdir ki, müxtəlif kiçik çaplı tüfənglər və ov tüfəngləri istehsal edən “Verney-Carron” payızdan etibarən sənaye tərəfdaşı axtarır.
“La Tribune” nəşrinin xəbərinə görə, şirkətin Belçikanın “FN Browning Group” ilə danışıqlarda irəliləmə mərhələsində olduğu bildirilir. Bununla belə, müflisləşən “Verney-Carron” ilk növbədə rezidentliyə keçməlidir.
İflas xəbəri “Verney-Carron”un sahibi olan “Cybergun” tərəfindən verilən açıqlamada qeyd edilib. Bu kontekstdə şirkət hazırda işçilərinə maaş verməyi dayandırıb və maliyyə vəziyyətinin tamamilə donması səbəbindən istehsalı da dayandırıb.
Digər tərəfdən, Sent-Etyendə yerləşən şirkət müflis olma müraciəti etdikdən sonra məhkəmənin qərarı ilə yenidən strukturlaşma üçün müraciət edib.
Sevinc Əliyeva
Ordu.az