İtaliya Səudiyyə Ərəbistanının GCAP-da iştirakına şərtli icazə verib

2025/02/1739602845.jpg
Oxunub: 436     11:57     15 Fevral 2025    
Səudiyyə Ərəbistanı GCAP döyüş təyyarəsi proqramına maraq göstərməyə davam edir.

Ordu.az xəbər verir ki, Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən həyata keçirilən proqrama şərtli təsdiq verilib.

Səudiyyə Ərəbistanı Britaniya, İtaliya və Yaponiyanın birgə idarə etdiyi altıncı nəsil döyüş təyyarəsi proqramı olan GCAP-a qoşulmaq istəyir. Ancaq İtaliyanın “Leonardo” şirkəti ölkənin aviasiya sahəsində sənaye biliklərini artırmalı olduğunu bildirir.

“Leonardo”nun baş meneceri Lorenzo Mariani Səudiyyə Ərəbistanının bu prosesə daxil olması üçün “Eurofighter Typhoon” döyüş təyyarəsi və NH90 ümumi məqsədi helikopteri kimi mövcud platformalar üçün satınalma planının əhəmiyyətini vurğulayıb.

Səudiyyə Ərəbistanı bu yaxınlarda GCAP proqramına qoşulmaq niyyətini açıqlayıb və proqramı idarə etmək üçün Britaniyada yerləşən hökumət ofisi yaradıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   İtaliya  


Bizi "telegram"da izləyin