Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sistem daha əvvəl M270 yaylım atəşli reaktiv sisteminin fransız versiyası olan unitar raket buraxılış qurğularını əvəz etmək üçün Fransa tərəfindən qiymətləndirilib, lakin danışıqlar bir nəticə verməyib.
Hindistanın Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatının raketlər və strateji sistemlər üzrə baş direktoru Ummalaneni Raca Babu bildirib: “Biz “Pinaka” üçün Fransa ilə fəal danışıqlar aparırıq. Hələlik razılıq əldə olunmayıb, lakin danışıqlar müsbət istiqamətdə davam edir”.
Bu arada Hindistanın Baş naziri Narendra Modi Fransa prezidenti Emmannuel Makronu Parisə son səfəri zamanı sistemə daha yaxından baxmağa çağırıb.
Sevinc Əliyeva
Ordu.az