Latviya Ukraynaya onlarla ZPD göndərməyə hazırlaşır

2025/02/1739602469.jpg
Oxunub: 500     18:29     15 Fevral 2025    
Latviya hökuməti 42 ədəd Zirehli Personal Daşıyıcısını (ZPD) Ukrayna Müdafiə Qüvvələrinə təhvil verməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “ArmyInform” məlumat yayıb.

“ArmyInform” Latviyanın müdafiə naziri Andris Sprudsa istinadən planın təfərrüatlarını təqdim edib.

Spruds NATO-nun mənzil-qərargahında verdiyi açıqlamada deyib: “Tabor üçün eyni sayda zirehli vasitə olan 42 ZPD şəklində yeni yardım elan edəcəyik. Biz həmçinin Pilotsuz Uçuş Aparatı Koalisiyasına həmsədrlik etməyə və Ukrayna hərbi qulluqçularının təlimlərində iştirak etməyə davam edirik”.

Ötən ilin sonunda Latviya hökuməti “Patria” 6x6 ZPD-lərinin Ukraynaya təhvil verildiyini açıqlasa da, onların sayı qeyd edilməyib.

Bildirilib ki, ilk ZPD-lər 2025-ci ildə Ukraynaya gəlməlidir. Lakin çatdırılmanın başa çatması üçün heç bir vaxt verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ukrayna  


Bizi "telegram"da izləyin