Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Çinin ən böyük şirkətlərindən olan və eyni zamanda müdafiə sənayesində fəaliyyət göstərən “China South Industries Group Corporation”ın (CSGC) baş direktorunun müavini Liu Veydonq haqqında korrupsiya istintaqı başlayıb.
Çin Kommunist Partiyasının Mərkəzi İntizam Təhqiqat Komissiyası açıqlamasında bildirib ki, Liu partiya nizam-intizamını və qanunlarını ciddi şəkildə pozmaq şübhəsi ilə araşdırılır.
Açıqlamada istintaqın predmeti olan iddialarla bağlı təfərrüatlar paylaşılmasa da, bu cür araşdırmalarda “partiya intizamının və qanunların pozulması” ifadəsi korrupsiya şübhəsinə və ya ittihamına işarə edir.
Sevinc Əliyeva
Ordu.az