Səudiyyə Ərəbistanı Tramp və Putinin görüşünü təşkil etməyə hazırdır

2025/02/thumb-1739545295.jpg
Oxunub: 462     18:02     14 Fevral 2025    
Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlar üçün platforma olmağa hazırdır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Krallıq Səudiyyə Ərəbistanında sammiti məmnuniyyətlə keçirməyə hazır olduğunu bildirir", - məlumatda bildirilib.

XİN-dən Səudiyyə Ərəbistanının Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-ƏrəbistanıT   Tramp   Putin  


Bizi "telegram"da izləyin