Fransa və Hindistan nüvə reaktorları ilə bağlı “xoş niyyət bəyannaməsi” imzalayıb

2025/02/1739438290.jpg
Oxunub: 406     11:43     15 Fevral 2025    
Fransa və Hindistanın modulyar reaktorlar üzrə əməkdaşlığı inkişaf etdirmək məqsədilə “xoş niyyət bəyannaməsi” imzaladığı bildirilir.

Ordu.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Parisdə keçirilən Süni Zəka Fəaliyyət Sammiti çərçivəsində Fransaya üç günlük səfərini başa vurub.

Səfərlə bağlı Fransa və Hindistandan verilən ortaq açıqlamaya görə, iki ölkə arasında modulyar reaktorlarla bağlı “xoş niyyət bəyannaməsi” və nüvə reaktoru sektorunda mütəxəssislərin hazırlanması üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

Açıqlamada Fransa prezidenti Emmanuel Makron və Modinin sözügedən sazişlərin imzalanmasından məmnunluq ifadə etdikləri bildirilib.

Səfərinin son günündə Modi və Makron Hindistanın cənubundakı Marsel şəhərində baş konsulluğun açılışında iştirak ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hindistan  


Bizi "telegram"da izləyin