“Thales” və BDL Hindistan üçün “STARStreak” raket sistemi tədarük edəcək

2025/02/1739438105.jpg
Oxunub: 385     10:54     15 Fevral 2025    
Hindistan Hava Hücumundan Müdafiə (HHM) imkanlarını gücləndirmək üçün “STARStreak” Yüksək Sürətli (HVM) raketləri alacaq.

Ordu.az xəbər verir ki, “Thales” və “Bharat Dynamics Limited” (BDL) Hindistanın HHM imkanlarını artırmaq istiqamətində əhəmiyyətli bir addım atıb.

İki şirkət 2025-ci il fevralın 10-da lazerlə idarə olunan Portativ Hava Hücumundan Müdafiə Sistemi (MANPADS) “STARStreak” raketlərinin tədarükü üçün ilk müqaviləni rəsmi olaraq imzalayıb.

Müqavilənin məqsədi Hindistanın müdafiə sənayesinin gücləndirilməsi və döyüşdə sübut olunmuş texnologiyaların ötürülməsidir.

Bu, həmçinin Böyük Britaniya və Hindistan arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirən “Müdafiə Tərəfdaşlığı-Hindistan” proqramının bir hissəsi kimi nəzərdən keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Hindistan  


Bizi "telegram"da izləyin