Malayziya Küveytdən 30 ədəd F/A-18C/D “Hornet” alışını tamamlayır

2025/02/1739436519.jpg
Oxunub: 535     16:19     15 Fevral 2025    
Malayziya Müdafiə Nazirliyi Küveytdən 30 ədəd F/A-18C/D “Hornet” döyüş təyyarəsinin alınması ilə bağlı müqavilənin bu il tamamlanacağını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Malayziyanın müdafiə nazirinin müavini Adli Zahari tədbir zamanı bildirib.

Zahari qeyd edib ki, Küveyt Hərbi Hava Qüvvələri (HHQ) təyyarələrin təhvil verilməsinə razılıq verdikdən sonra danışıqlar son mərhələyə çatıb.

“Hornet” döyüş təyyarələrinin orijinal istehsalçısı olan Birləşmiş Ştatlar hökuməti transfer prosesinin təsdiqində iştirak edir. F/A-18C/D “Hornet” ABŞ-nin aviasiya nəhəngi “Boeing” tərəfindən istehsal edilib və 1992-ci ildən Küveytə ixrac edilib.

Malayziya HHQ hava döyüş qabiliyyətini artırmaq və ölkənin müdafiə qabiliyyətini gücləndirmək səyləri çərçivəsində “Hornet” döyüş təyyarələrinin alınmasına üstünlük verir.

Malayziya HHQ hazırda 1997-ci ildə təhvil verilmiş 8 ədəd F/A-18D “Hornet” döyüş təyyarəsindən fəal şəkildə istifadə edir. Bununla belə, “Hornet” parkının genişləndirilməsinə dair əvvəlki cəhdlər maliyyə məhdudiyyətləri və Rusiya istehsalı olan “Sukhoi Su-30MKM Flanker” təyyarələrinə üstünlük verilməsi səbəbindən uğursuzluğa düçar olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Küveyt  


Bizi "telegram"da izləyin