Litvanın ən böyük müxalifət partiyasına keçmiş müdafiə naziri Kasçunas rəhbər seçilib

2025/02/1739163476.jpg
Oxunub: 500     01:52     10 Fevral 2025    
Litvanın keçmiş müdafiə naziri Laurinas Kasçunas ölkənin ən böyük müxalifət partiyası olan “Vətən İttifaqı – Litva Xristian Demokratları”nın sədri seçilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə siyasi təşkilatın seçki qərargahı məlumat yayıb.

Kasçunas 13 448 nəfərin, yəni partiya liderini seçənlərin 78 %-nin səsini qazanıb.

“Səsvermənin nəticələri göstərir ki, partiyaya dəyişikliklər, əldə etdiyimiz yaxşı şeyləri qoruyub saxlamaqla yeni səhifənin açılması lazımdır”, – seçilmiş sədr bildirib.

O, mart ayında partiyanın qurultayında rəsmi təsdiqdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, mühafizəkarların lideri postuna beş nəfər namizədliyini irəli sürmüşdü. Onların arasında keçmiş müdafiə naziri Arvidas Anuşauskas, parlament sədrinin müavini Radvile Morkunayte-Mikulenene, Seym (parlament) deputatı Jigimantas Pavilyonis və partiyanın Yurbarkas şöbəsinin sədri Dayvaras Rıbakovas da var idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Kasçunas  


Bizi "telegram"da izləyin