SEPAH Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını bağlaya biləcəyini açıqlayıb

2024/01/takos-1705387509.jpg
Oxunub: 477     23:34     09 Fevral 2025    
İran hərbi qüvvələri lazım gələrsə Hörmüz boğazını bağlaya bilər.

Ordu.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında söyləyib.

“Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – o deyib.

Komandan vurğulayıb ki, ABŞ heç vaxt İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək. O, Tehranın qarşısında regional sabitliyi və İran neft və qazının təhlükəsiz ixracını təmin etmək kimi əsas məqsədlərin durduğunu xatırladıb.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinin bərpasını nəzərdə tutan fərman imzalamışdı. Bundan sonra Tramp İranla silahlı qarşıdurmaya getmək niyyətində olmadığını və qarşıdurmadan qaçmaq üçün Tehranla İran nüvə problemi üzrə saziş bağlamaq istədiyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   HDQ  


Bizi "telegram"da izləyin