Tramp İranla saziş bağlamağa hazır olduğunu bildirib

2025/02/1738859547.jpg
Oxunub: 660     08:18     09 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp deyib ki, o, hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verir.

Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “The New York Post”a müsahibəsində deyib.

“Mən İranla nüvə məsələsində razılaşmaq istərdim. Mən bunu bombardmandan üstün tuturam”, - Tramp qeyd edib.

Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək.

Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin